Ümumi fransız dili

  • Ümumi fransız dili dərslərimiz iştirakçıların tələblərinə uyğun olaraq aktiv metodologiya əsasında aparılır.Edu Union müəllim heyəti fərdi yanaşmaya əsaslanan kommunikativ metod əsasında işləyirlər. Tədris hər bir tələbənin dili mükəmməl öyrənməsi və tələb olunan səviyyəni çətinlik çəkmədən əldə etməsini nəzərdə tutur. Kursun müddəti dilin əsas 4 bacarığı olan  oxuma,  yazma,  danışıq və qulaq asmanı inkişaf etdirmək istəyənlər

    üçün optimal hesab olunur. Avropa Şurası tərəfindən 2001-ci ildə tərtib olunmuş « Xarici dilin mənimsənilməsi üçün ümumi bacaarıqlar» sənədinə əsasən xarici dili mənimsəmənin 6 səviyyəsi müəyyən olunmuşdur :

    A1 – “Başlanğıc”

    A2 – “Elementar”

    B1 –“Orta”

    B2 –“Yüksək”

    C1 –“Peşəkar”

    C2 –“Mükəmməl”

    Edu Union Tədris Mərkəzində bu 6 səviyyənin hər birinin mənimsənilməsi təxminən 3 aylıq tədris müddətini əhatə edir. İntensiv qruplarda isə bu müddət daha az nəzərdə tutulmuşdur.

    Siz dil səviyyənizdən, saatlarınızdan və ehtiyaclarınızdan asılı olmayaraq fransız dilinizi kiçik qruplarda və müəllimlərlə qarşılıqlı interaktiv metod ilə istədiyiniz şəkildə inkişaf etdirə biləcəksiniz.

    Proqram

    Tədris proqramı fransız dilinin qrammatikasının inkişaf etdirilməsi, lüğətinizin zənginləşdirilməsi, danışıq bacarıqlarınızın, başa düşmə, tələffüz yazılı dilin praktikasının inkişaf etdirilməsini təklif edir.

    Edu Union-da dərslər tələbənin dil səviyyəsindən sıfırdan ən yüksək səviyyəyə qədər olmasından asılı olmayaraq fransız dilinin tədrisini əhatə edir. Dərslər adi və ya intensiv qruplarda (ayda 8 və ya 12 dərs) olmaqla gün ərzində və ya axşam keçirilə bilər.

    Dərslər xüsusi olaraq beynəlxalq TCF DELF/DALF imtahanlarına hazırlaşmağa, fransızca yazılı və şifahi bacarıqların inkişaf etidirlməsi və fransız sivilizasiyası və mədəniyyətinin dərinləşməsinə xidmət edə bilər.

    Edu Union-da ab-hava ciddi olmaqla yanaşı əyləncəlidir; tədrisin ritmi və dinamizdi hər bir tələbənin biliklərini tədricən inkişaf etdirməyə kömək edir.

    Yaşınızdan və ixtisasınızdan asılı olmayaraq sizin tələblərinizə cavab verən qrup və ya fərdi dərslər, eyni zamanda sıfırdan ən yüksək səviyyəyə qədər çox geniş fransız dili kursları təklif edirik.

    Məktəbəqədər uşaqlar üçün fransız dili kursları dilin aparıcı hissələri üzərində qurulmuşdur: tarix, oyunlar və audiovizual komponentlər. Müəllimlər tədrisin balacalar üçün maraqlı və faydalı olması üçün bütün vasitələrdən istifadə edir: mahnılar, şeirlər, filmlər, cizgi filmlər, fransızca birbaşa kommunikasiya və s.

    Qrammatika özünün mürəkkəbliyinə görə ilk mərhələlərdə keçirilmir. Uşaqlar əsas hissələrə uyğun olaraq yalnız ən vacib hissələrini öyrənirlər. Dərslər şifahi formada keçirilir.

    Kommunikativ metoddan istifadə olunur. Hər bir dərs 10-15 dəqiqədən bir tapşırıqlar dəyişdirilməklə 1 saata qədər davam edir.

    Edu Union-da tədris sayəsində balacalar fransız dilini və mədəniyyətini kəşf edəcəklər.

    6-9 və 10-14 yaşlı uşaqlar üçün fransız dili fransız dilinin qrammatik və leksik strukturunun tədrisi, eyni zamanda danışıq fransız dilindən istifadə üzərində qurulmuşdur. Qrammatik və leksik sənədlər sadə mətnlər, mahnılar və şeirlər vasitəsilə tədris olunur. Dərs zamanı dilin öyrənilməsini stimullaşdırmaq üçün müxtəlif oyunların keçirilməsi nəzərdə tutulur.

    15-17 yaşlı uşaqlar üçün fransız dili böyüklər üçün olan fransız dilindən fərqlənmir və qeydiyyat zamanı aparılan imtahanın və müəllimlə şifahi danışığın əsasında müəyyən olunur.

    Yeniyetmələr üçün keçirilən danışıq dili nəinki fransızca oxumaq və yazmaqda, eyni zamanda kommunikasiya qurmaqda kömək edəcək. Dərslər giriş səviyyəsindən (heç vaxt fransızca keçməyənlər üçün) və bir neçə yuxarı səviyyədən ibarət təşkil olunur.

    Dərslərin məqsədinə uyğun olaraq gənclər bacaracaqlar:

    • Fransızca yazmaq və danışmaq;

    • Öz maraqları və zövqləri, ailələri və dostları, məktəb və s. haqqında danışmaq

    • Əsas qrammatik qaydalardan istifadə etməklə cümlələr qurmaq

    • Sadə dialoqları başa düşmək və verilən suallara düzgün cavab vermək

    • Yeniyetmələr üçün nəzərdə tutulan yuxarı səviyyələrdə olan proqramlarda tədrisə davam etmək

    Qruplar :

    Edu Union təklif edir:

    • Hamı üçün günün müxtəlif saatlarında kurslar (səhər, günorta və axşam)

    • Xüsusi və ya sizin gündəliyinizə uyğunlaşdırılmış kurslarda iştirak etmək istəyirsinizsə tələbinizə cavab verən proqram barədə bizimlə əlaqə  yarada bilərsiniz. Qruplar tələbələrin ilkin qeydiyyatı zamanı pulsuz keçirilən yazılı və şifahi imtahanının nəticəsinə əsasən formalaşdırılacaq.

    Tələbələr hər kəsin keçirilən dərslərdə aktiv iştirak etməsinə imkan verən 2 nəfərdən 8 nəfərədək olan qruplarda yerləşdiriləcəkdir.

    Həftəlik kurslar tələbənin ehtiyaclarına və vaxtına uyğun şəkildə tam sərbəst hazırlaşmaq imkanı verir.

    Üstünlüklərimiz:

    •Dil baryerini daha tez aradan qaldırmaq üçün yalnız Fransızca ünsiyyət;

    •Hər səviyyənin sonunda aparılan proqres testləri;

    •Tədris mərkəzi tərəfindən fransız dili biliyinizin yoxlanılması;

    •Tələbələrin müvafiq olaraq dil səviyyələrinə görə qruplaşdırılması;

    •İlk dərsdən sonra qane olmadığınız halda ödədiyiniz məbləği geri tələb etmək imkanı;

    •Original sənədlərdən istifadə;

    •Əlavə sənədlərin böyük həcmi: audio, video, internet mənbələri;

    •Hər ayın sonunda müxtəlif test sınaq imtahanları, il ərzində TCF sınaq imtahanları;

    •Fransada təhsil almış təcrübəli müəllimlər tərəfindən keçirilən dərslər;

    •Həftə sonları tədris mərkəzinin tələbələri üçün pulsuz danışıq klubları;

    •Ay ərzində müxtəlif maraqlı dərnəklər: fransız kinosu, musiqisi və mədəniyyəti günləri və s.;

    •Tədris mərkəzinin tələbələrinə “Fransada təhsil” xidmət lərində güzəştlər və endirimlər.

    Qeydiyyatdan keçmək üçün bizimlə əlaqə  saxlaya bilərsiniz.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co