TCF

  • Əvvəlcə başlayaq TCF sözünün açılışından. Test de Connaissance du Français-fransız dilindən tərcümədə Fransızca Bilik İmtahanı deməkdir. TCF 25 nəfər linqvist heyətin iştirakı ilə hazılanan beynəlxalq standart fransız dili imtahanıdır. TCF imtahanının statusunu biz bir çoxumuzun daha yaxından bələd olduğu TOEFL imtahanı ilə müqayisə edə bilərik. Təbii ki, TCF imtahanı özünəməxsus xüsusiyyətləri ilə də fərqlənir. Bu imtahan Fransa Respublikası Təhsil Nazirliyinə bağlı Beyəlxalq Pedaqoji Tədris Mərkəzi (ciep.fr ) tərəfindən həyata keçirilir. Qurumun əsas vəzifələrindən biri beynəlxalq səviyyədə fransız dilini qiymətləndirmək və sertifikatlaşdırmaqdır.

  • TCF imtahanı niyə lazımdır?

    Fransız universitetlərində təhsil almaq istəyən hər bir xarici tələbədən fransız dili biliklərini təsdiq etmələri tələb olunur. TCF imtahanını verməklə siz fransız dili biliyinizi təsdiqləmiş olursunuz və sertifikatlaşdırmış olursunuz.

    TCF imtahanını nə vaxt və harda verə bilərsiniz?

    Praktiki cəhətdən Azərbaycanda TCF imtahanı ildə iki dəfə,yanvar və mart aylarında Azərbaycandakı Fransız İnstitutunu (Institut Françaisd’Azerbaïdjan- əvvəlki adı “CCF”) təşkilatçılığı ilə baş tutur. İcbari hissə test üsulu ilə, könüllü hissə isə yazılı və şifahi formada baş verir. İmtahanın nəticəsi təxminən 5 həftədən sonra bilinir.

    İmtahanın quruluşu:

    İmtahan iki hissəyə ayrılır: İcbari və könüllü hissə. İmtahanının icabri hissəsi 1 saat 30 dəq, könüllü hissəsi isə 2 saat davam edir. İcbari hissədə Compréhension orale, structur@e de lalangue və compréhension écrite bölmələrindən imtahan verilir. İmtahanın bu hissəsində iştirak məcburidir. Eyni zamanda Siz imtahanın könüllü hissəsində də iştirak edə bilərsiniz. Bu hissə yuxarıda qeyd etdiyimiz kimi 2 saat davam edir, expressionorale və expression écrite bölmələrindən ibarətdir. İmtahanlar arasında 60 gün fərqi gözləmək şərti ilə istənilən sayda TCF imtahanına girmək mümkündür. Qiymətləndirmə 6 səviyyədə (A1-C2)* aparılır.  TCF sertifikatı iki il müddətində etibarlıdır və bu müddət ərzində B1 və B2 nəticə ilə Fransa universitetlərində pulsuz təhsil almaq üçün müraciət edə bilərsiniz. B1 və B2 nəticəni 6 aydan 1 ilə qədər (p.s 3 aya toplamış tələbə də olmuşdur) hazırlaşaraq toplamaq mümkündür. Əsasən texniki ixtsaslarda imtahanın icbari hissəsi yetərlidir, lakin hüquq, siyasi elmlər kimi ixtisaslarda imtahanın icbari hissəsi yetərli olmaya bilər. Adətən tələbələrin əksəriyyəti bir qayda olaraq TCF imtahanının hər iki hissəsində iştirak edirlər.

    Beş meyar əsasında qiymətləndirilmə: TCF imtahanı beş meyar əsasında fransız dili biliklərini qiymətləndirir. Bunlar aşağıdakılardır:

    İcbari

    1. Compréhensionécrite-Mətnləri oxuyub, başa düşmək qabiliyyəti. (TOEFL ekvivalenti-Reading)
    2. Maîtrisedesstructures de lalangue– Qrammatik biliklərin yoxlanması (TOEFL-da bu Reading-ə daxildir)
    3. Compréhensionorale- Şifahi başa düşmək qabiliyyəti (TOEFL ekvivalenti Listening)  

    Könüllü  

    1. Expressionorale-Şifahi İfadə qabiliyyəti (TOEFL ekvivalentiSpeaking)
    2. Expressionécrite- Yazılı ifadə qabiliyyəti (TOEFL ekvivalenti Writing)  

    Fransız dili altı səviyyədə:

    A1 (100-199 bal)-Şəxs fransız dilində bəsit cümlələri anlaya,öz yaşayış yerini və insanları təsvir edə, sadə şəxsi anket doldura bilər.

    A2 (200-299 bal)-Şəxs kiçik anonsları anlaya, hər hansı bir insanın şəxsi keyfiyyətləri, özünün həyat şəraiti, təhsili, peşəkar fəaliyyəti barədə təsvir edə və sadə məktub yaza bilər.

    B1 (300-399 bal) -Şəxs məişət və iş həyatna aid mətnləri anlaya, radio və tv-də verilişlərin məzmunun başa düşə, başına gələn hər hansı bir əhvalatı ifadə edə, öz təsürratlarını ifadə etmək üçün məktub yaza bilər.

    B2 (400-499 bal) –Şəxs publisistik məqalələri anlaya, filmlərin dilini başa düşə, hər hansı bir layihənin üstün və mənfi xüsusiyyətləri barədə ətraflı danışa, öz nöqteyi nəzərini, hər hansı bir mövzunu  ətraflı şəkildə arqumentlərlə əsaslandırıb yaza bilər.

    C1 (500-599 bal)-Şəxs uzun romanları mütaliə edə, kifayət qədər uzun nitqi başa düşə, ətraflı və məzmunlu təqdimat edə, öz ixtisası üzrə referat yaza bilər.

    C2 (600-699 bal)-Şəxsdilə mükəmməl səviyyədə yiyələnir. Bu səviyyədə şəxs bütün oxuduqlarını və eşitdiklərini anlaya və asanlıqla öz fikirlərinin istənilən mövzuda və formada yaza  bilər.

    EDU UNION -da TCF imtahanına hazırlaşa, eləcə də sizə uyğun səviyyədə fransız dili dərslərinə qoşula bilərsiniz. Tərəfimizdən ilboyu sınaq imtahanları ilə işinizi şansa buraxmayın! Edu Union olaraq Sizə TCF imtahanı ilə bağlı bir çox praktiki məsəhətlər verə və Sizləri düzgün istiqamətləndirə bilərik.

    Çünki, təcrübəmiz zəmanətinizdir!!!

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co