İELTS

  • IELTS Nədir?

    IELTS (International English Language Testing System) İngilis dili səviyyəsini təyin etmək istəyən namizədlərin bütün dünyada girdiyi  və beynəlxalq qəbul edilən imtahanlardan biridir. Hər ay təxminən 3-4 dəfə keçirilən bu imtahanın General Training (immiqrasiya və işləmə köməyi üçün) və Academic olmaq üzrə iki fərqli forması vardır. Academic Module IELTS imtahanı General Training formasına görə daha çətindir və  ingilis-dilli tədris müəssələrində Hazırlığı birbaşa keçməyə və xaricdə Bakalavr, Magistr, Doktorantura programlarına daxil olmaq  məqsədi üçün istifadə olunur. Hər iki imtahan formasında da Qulaqasma (Listening), Oxuma (Reading), Yazma (Writing) və Danışmaq (Speaking) olmaq üzrə 4 fərqli blok vardır. 

  • Bu bloklardan Listening və Speaking blokları hər iki formada da  eyni olmaqla bərabər Reading və Writing blokları Academic formada  daha çətindir. IELTS imtahanına təkrar girmək istəyən namizədlər üçün hərhansı bir maneə yoxdur.

    Listening: Təxminən 30 dəqiqə davam edir . Çoxluqdan seçmə (multiple choice), uyğunlaşdırılma, boşluq doldurma, cümlə tamamlama və bunun kimi 40 ədəd sual vardır. Dinləniləcək parçalar ümumi və akademik mövzulardan seçilən dialoq və monoloqlardan ibarət olur. Parçalar sadəcə 1 dəfə dinlənilir. Hər doğru cavab 1 baldır  ve nəticədə tapdığınız doğru cavabların sayı 9’luq sistemə görə hesablanır.

    Reading:

    Ümumi: Təxminən 60 dəqiqə davam edir. Çoxluqdan seçmə (multiple choice), doğru-yanlış (true-false), yazıçının fikirləri (opinion of the author), uyğunlaşdırma (matching), boşluq doldurma (filling in the gaps), cümlə tamamlama (sentence completion) və bunun ki 40 ədəd sual vardır.. 3 hissəyə ayrılır. Oxunulacaq parçalar qəzet və jurnal kimi qaynaqlardan toplanmış ümumi mövzulardan seçilir. Hər doğru cavab 1 1 baldır  ve nəticədə tapdığınız doğru cavabların sayı 9’luq sistemə görə hesablanır.

    Təxminən 60 dəqiqə davam edir. Çoxluqdan seçmə (multiple choice), doğru-yanlış (true-false), yazıçının fikirləri (opinion of the author), uyğunlaşdırma (matching), boşluq doldurma (filling in the gaps), cümlə tamamlama (sentence completion) və bunun ki 40 ədəd sual vardır.. 3 bölümə ayrılır. Oxunacaq parçalar qəzet və jurnal kimi qaynaqlardan toplanmış ümumi mövzulardan seçilir. Hər doğru cavab 1 baldır  ve nəticədə tapdığınız doğru cavabların sayı 9’luq sistemə görə hesablanır.

    Doğru cavablarınızın 9’luq sistemə görə dəyərləndirilməsi aşağıdaki kimidir.

    Writing:

    Ümumi: Təxminən 60 dəqiqə davam edir. 2 hissədən ibarətdir. 1. Hissə üçün ən az 150 söz, 2. Hissə üçün ən az 250 söz yazılması lazımdır. İlk sualda namizədlərin verilən mövzu ilə əlaqəli bir məktub yazmağı, ikinci sualda isə bir fikir məqaləsi yazmağı gözlənilir. İkinci sualın balın dəyəri ilk sualın iki qatıdır. Birinci suala 20 dəqiqə, ikinci suala 40 dəqiqə  ayrılması məsləhət görülür.

    Akademik: Təxminən 60 dəqiqə davam edir. 2 hissədən ibarətdir. 1. Hissə üçün ən az 150 söz, 2. Hissə üçün ən az 250 söz yazılması lazımdır. İlk sualda namizədlərin verilen qrafik ilə əlaqəli bir rəy yazmağı, İkinci sualda  isə bir fikir məqaləsi yazmağı gözlənilir. İkinci sualın balın dəyəri ilk sualın iki qatıdır. Birinci suala 20 dəqiqə, ikinci suala 40 dəqiqə  ayrılması məsləhət görülür.

    Speaking: Təxminən 10-15 dəqiqə davam edir. 3 Hissədən ibarətdir. İlk hissədə namizədlərə özlərini tanıdacaq suallar verilir. İkinci sualda namizədə bir mövzu verilir ve namizədin bu mövzu haqqında bir müddət düşünüb qeyd alaraq cavabını hazırlayıb təqdim etməsi gözlənilir.Üçüncü hissədə isə namizədin ikinci hissədə verilən mövzu ilə əlaqəli müxtəlif suallara cavab verməsi gözlənilir. Namizədin müvəffəqiyyəti axıcılıq, qrammatika, tələffüz və nizam kimi kriteriyalar nəzərə alınaraq dəyərləndirilir.

     

     

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co