DELF/DALF

  •  

    DELF (Diplôme d’études en langue française/Fransız dili öyrənilməsi Diplomu) ana dili fransız dili olmayanlar üçün Fransa Təhsil Nazirliyinin Beynəlxalq Pedaqoji Təhsil Mərkəzi (CIEP) tərəfindən təsdiq edilmiş dil sertifikatıdır.  Avropa Birliyinin A1, A2, B1, B2 olmaqla ilk 4 dil səviyyəsini əhatə edən 4 ayrı diplomdan ibarətdir. Bundan daha yuxarı səviyyələr olan C1, C2 diplomları DALF imtahanı ilə əldə olunur. DELF imtahanı 3 hissədən ibarətdir: “DELF Prim” orta məktəb tələbələri üçün (yalnız A1 səviyyəsi üçündür), “DELF Junior et Scolarire” yuxarı sinif şagirdləri üçün nəzərdə tutulmuşdur və “DELF Tous Publics” digər şəxslər üçün nəzərdə tutulmuşdur. DELF nəticəsi ömürlükdür və müddəti keçmir.

    Tərkibi

    İmtahan hissələri:

    DELF imtahanı qulaq asma, oxu, yazı və danışıq olmaqla 4 hissədən ibarətdir.

  •  Birinci hissə: Qulaq asma

    Bu hissədə namizədlərə müxtəlif mətnlərə qulaq asırlar və müvafiq olaraq müəyyən suallara cavab verirlər. A1-dən B1-ə qədər olan səviyyələrdə hər mətnə 2 dəfə qulaq asılır və A1 səviyyədə maksimum 3 dəqiqəlik, B1 səviyyədə isə maksimum 6 dəqiqəlik mətnlər olur. B2 imtahanında namizədlər cəmi 2 mətnə qulaq asır. Birinci mətnə 2 dəfə, ikinci mətnə isə yalnız bir dəfə olmaqla qulaq asılır və mətnlərin cəmi həcmi 8 dəqiqəlik olur.

    İkinci hissə: Oxuma

    Bu hissədə namizədlərin oxuma bacarıqlarını yoxlamaq üçün kiçik yazılar təqdim olunur və müxtəlif üsullarla düzgün cavabı yazmalıdırlar. A1 və A2 səviyyələrində müxtəlif qısa mətnlər və işarələr təqdim olunur. B2 səviyyəsində təxminən 1000 sözlük mətn olmaqla, B1 və B2 səviyyələrində isə namizədlərə daha uzun mətnlər verilir.

    Üçüncü hissə: Yazma

    Bu hissədə isə namizədlərin yazı bacarıqları yoxlanılır və hər səviyyəyə uyğun olaraq mövzular dəyişir.

    A1- Birinci tapşırıq tələb olunan şəxsi məlumatları doldurmaqdır. İkinci tapşırıq isə gündəlik həyata aid sadə mətn yazmaqdır.

    A2- Birinci tapşırıq qısa hadisəni və ya təcrübəni təsvir etməkdir. İkinci tapşırıq isə hər hansı dəvət, təbrik, qəbul, məlumat verici və ya əsaslanıcı mətn yazmaqdır.

    B1- İnşa, məktub və ya məqalə şəklində verilmiş vəziyyətə şəxsi fikrinizi yazmaq.

    B2 – Demək olar ki, B1 səviyyəsində olduğu kimi məktuba və ya ərizəyə cavab yazmaqla öz şəxsi fikrinizi və arqumentlərinizi bildirmək.

    A1 səviyyəsi üçün  40 söz, A2 üçün 60-80 söz, B1 üçün 160-180 söz və B2 üçün minimum 250 söz yazmaq lazımdır.

    Dördüncü hissə: Danışıq

    A1 və A2 səviyyələrində

    B1 səviyyəsində

    B2 səviyyəsində namizəd hər hansı bir fikri müdafiə etməli

    At the B2 level, the candidate is expected to state and defend an opinion, based on a short document designed to elicit a reaction.

    Qiymətləndirmə

    Bütün səviyyələr üzrə DELF qiymətləndirmə sistemi eynidir. Cəmi 100 bal olmaqla, hər hissə 25 baldan ibarətdir. Keçmək üçün minimum hər hissə üçün 5/25 bal və cəmi 50/100 bal yığmaq lazımdır.

    Cavablandırma müddətləri

    DALF

    DELF (Diplôme approfondi de langue française/Mükəmməl fransız dili Diplomu) Fransa Təhsil Nazirliyinin Beynəlxalq Pedaqoji Təhsil Mərkəzinin (CIEP) ana dili fransız dili olmayanlar üçün diplomudur.  DALF diplomu C1 və C2 olmaqla iki yüksək dil səviyyəsini əhatə edir. C2 ən yüksək səviyyə hesab olunur və fransız dilinin mükəmməl mənimsənilməsini göstərir. Fransız dilinin A1-dən B2-yə qədər olan aşağı səviyyələri DELF diplomu ilə tənzimlənir.

    Tərkibi

    İmtahanlar

    DALF C1

    DALF C1 istifadəçiləri müstəqildirlər, onlar sərbəst şəkildə özlərini ifadə edə bilirlər. Onların çox böyük lüğət bazası var və öz şərhlərini bildirmək üçün dəqiq ifadələri istifadə edirlər. C1 səviyyəsində olanlar heç bir tərəddüd olmadan mükəmməl strukturlu cümlələrlə və aydın ifadə edirlər.

    DALF C1 imtahanı 4 hissədən ibarətdir. Hər bir hissə 0-dan 25ə qədər olmaqla cəmi 100 baldan ibarətdir. İmtahanı keçmək üçün hər birindən minimum 5 bal və cəmi 50 bal yığmaq lazımdır.

    Qulaq asma (40 dəqiqə)

    Yazı (50 dəqiqə)

    Yazı, inşa və sintez yazmaqla ( 2 saat 30 dəqiqə)

    Danışıq, hər hansı mətn əsasında jüri üzvləri ilə təqdimat və diskussiyadan ibarət olmaqla ( 1 saat hazırlıq vaxtı və 30 dəqiqə imtahan vaxtı)

    DALF C2

    DALF C2 istifadəçilərinin dil bacarıqları dili sərbəst, dəqiq və səlis şəkildə istifadə edirlər. C2 namizədlər fransız dilini biznes, akademik və digər yüksək səviyyəli məqsədlər üçün istifadə etmək bacarığındadırlar.

    DALF C2 imtahanı 2 hissədən ibarətdir. Hər hissə 50 baldan ibarət olmaqla cəmi 100 bal. İmtahanı keçmək üçün hər hissədən minimum 10 bal və cəmi 50 bal toplamaq tələb olunur.

    Şifahi hissədə 15 dəqiqəlik mətnə 2 dəfə qulaq asmaqla jüri üzvləri  ilə təqdimat və müzakirə (1 saat hazırlıq vaxtı və 30 dəqiqə imtahan vaxtı)

    Yazılı hissədə təxminən 2000 sözlük mətnlərin əsasında əsaslandırılmış mətn yazmaq tələb olunur (3 saat 30 dəqiqə)

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co