Xaricdə təhsilin 10 faydası

September 01, 2015

Xaricdə təhsilin 10 faydası

Xaricdə təhsil universitet həyatına yeni qədəm qoyan tələbələr üçün ən faydalı təcrübələrdən biridir. Xaricdə təhsilin 10 faydasını diqqətinizə çatdırırıq!

1. Dünyanı kəşf etmək

Nəzərə alınmalı ən böyük səbəb odur ki, xaricdə təhsil almaqla siz dünyanı kəşf edəcəksiniz. Xaricdə təhsil almaqla siz yeni baxışlar, adətlər və fəaliyyətlərlə dolu tamamaliə yad bir ölkədə təcrübə qazanmış olacaqsınız. Bu müddət ərzində olduğunuz ölkənin yeni ərazilərini, təbii gözəlliklərini , muzeylərini görmək şansınız olacaq.

Əlavə olaraq, xaricdə olduğunuz müddət ərzində siz həmçinin təhsil aldığınız ölkə ilə qonşu ölkələri də gəzmək şansı qazanacaqsınız. Bu imkan xüsusilə Şengen zonasına daxil olan ölkələrdə təhsil aldığınız zaman daha da geniş olacaq. Məsələn Fransada təhsil aldığınız müddət ərzində London, Barselona, Berlin və Roma kimi şəhərləri rahatlıqla gəzmək imkanınız olacaq.

2. Təhsil

Xaricdə təhsilin digər ən vacib üstünlüyü gedəcəyiniz ölkənin fərqli təhsil sistemi ilə tanış olmağınızdır. Xaricdə təhsil proqramına qoşulmaqla siz ali təhsil sisteminin öz ölkənizdəkindən tam fərqli tərəflərini görəcəksiniz. Gedəcəyiniz ölkənin xalqını, adət ənənəsini və mədəniyyətini tam başa düşmək üçün həmin ölkənin təhsil sistemini anlamağın nə qədər vacib rol oynadığını da görəcəksiniz. İstənilən halda hər hansı xaricdə təhsil səyahətinin mərkəzində təhsil əsas məqsəd olaraq qalmaqdadır və bu baxımdan düzgün ölkə, universitet və ixtisas seçimi etmək çox vacibdir.

Bu sahədə Edu Union xaricdə təhsil üzrə mütəxəssisləri daim xidmətinizdədir.

3. Yeni mədəniyyətlə tanışlıq

Xaricdə təhsil almaq üçün yola düşən tələbələrin əksəriyyəti ilk dəfə öz evlərini tərk edirlər. Buna görə də onlar təhsil alacaqları ölkəyə çatdıqda mədəni şok yaşayırlar. Xaricdə təhsil zamanı yeni fərqli yeməklər, adətlər və sosial atmosfer ilə tanış olacaqsınız.

Xaricdətəhsilalmaqüçünyoladüşəntələbələrinəksəriyyəti ilk dəfəözevlərinitərkedirlər. Buna görədəonlartəhsilalacaqlarıölkəyəçatdıqdamədənişokyaşayırlar. Xaricdətəhsilzamanıyenifərqliyeməklər, adətlərvəsosialatmosferilətanışolacaqsınız.

Əsasən, yeni mədəniyyət, yeni dil, yeni insanlar və yeni mühitə uyğunlaşmaq müəyyən vaxt alır. Lakin bir müddət sonra siz də özünüzü həmin mədəniyyətin bir parçası kimi hiss edəcəksiniz.

4. Dil biliklərinizi təkmilləşdirmək

Xaricdə təhsilin əsas üstünlüklərindən biri də təhsil aldığınız ölkənin dilini təkmilləşdirmək şansınızolur. Xaricdə təhsil sizə yeni bir dilin incəliklərini kəşf etmək imkanı verir və xarici dil öyrənmək üçün bundan yaxşı yol yoxdur.

Edu Union-a müraciət etməklə siz həmçinin təhsil almaq istədiyiniz ölkədə 1 aydan 1 ilədək müddətdə təşkil olunan dil kurslarında iştirak edə bilərsiniz.

5. Karyera imkanları

Siz xaricdə təhsilinizi başa vurub vətənə geri döndükdə yeni mədəniyyət və dil daşıyıcısı, keyfiyyətli təhsil almış və öyrənməyə və işləməyə həvəsli biri olacaqsınız. Sözsüz ki bütün bu sadalananlar hamısı gələcək işəgötürənlər üçün çox cəzbedicidi.

Bir çox tələbə isə təhsilini başa vurduqları ölkədə qalıb işləmək istədiklərini bildirirlər. Əgər əlaqə qura bilsəniz, görəcəksiniz ki, həmin ölkədə iş tapmaq üçün yerli təhsilə çox qiymət verilir.

6. Yeni maraqlar tapmaq

Əgər siz hələ də niyə xaricdə təhsil sualını verirsinizsə xaricdə təhsil sizin xaricə getmədən heç vaxt kəşf edə bilməyəciyiniz bir çox yeni fəaliyyət və maraq dairəsi  imkanları yaradır. Görəcəksiniz ki, sizin bilmədiyiniz dalğıc, su idmanları, xizəkçilik, qolf və Azərbaycanda heç vaxt yoxlamadığınız başqa yeni idman növlərində xüsusi istedadınız var.

Həmçinin başqa yeni və həyəcanlı əyləncə növləri tapa biləcəksiniz, məsələn müxtəlif oyunlar, filmlər, rəqslər, gecə klubları, konsertlər və başqa bu kimi əyləncələr.

7. Ömürlük dostlar qazanmaq

Xaricdə təhsilin ən böyük xeyirlərdən biri sizə müxtəlif ölkələrdən dostlar qazandırmasıdır. Xaricdə təhsil alarkən siz yerli tələbələrlə universitetdə oxuyacaq və bir yerdə yaşayacaqsınız Bu sizə uzunmüddətli dostluq münasibətləri yaraqmaq imkanı verəcək.

Xaricdə təhsil proqramınız bitdikdən sonar beynəlxalq dostlarınızla əlaqədə qalmağa çalışın. Bu şəxslər sizinlə dost münasibətindən başqa, gələcəkdə iş imkanları üçün yaxşı şəbəkə ola bilərlər.

8. Şəxsi inkişaf

Xaricdə olarkən özünüz kimi olmaqdan yaxşı heçnə ola bilməz. Görəcəksiniz ki, xaricdə təhsil həqiqətən də sizin müstəqil təbiətinizi üzə çıxardır. Xaricdə təhsil alan həmin ölkəni kəşf etməyə başlayırlar.

Həmçinin əsas üstünlüklərdən biri özünüzü fərqli mədəniyyəti anlayaraq kəşf etmək şansının olmasıdır. Tamamilə yad bir ölkədə tək qalmaq müəyyən vaxtlarda çətin və darıxdırıcı gəlsə də bu sizə müxtəlif vəziyyətlərdə problemlərin həlli yollarını tapmaq bacarığı yaradacaq.

9. Ən prestijli Universitetlər üçün yol

İşə girərkən olduğu kimi, dünyaca məşhur universitetlər də xaricdə təhsilə qiymət verirlər. Xaricdə təhsil təcrübəsi yaşamış və özünü çətin vəziyyətlərdən çıxarmaqdan qorxmayan tələbələr fərqli olduqlarını və belə çətinliklərdən qorxmadıqlarını göstərirlər.

Ən əsası, xaricdə təhsil almış tələbələr artıq öz təhsillərinə necə olduqlarını sübuta yetirmiş olurlar. Ən prestijli universitetlər onlara unikallıq gətirən namizədlərə üstünlük verirlər. Xaricdə təhsil almış tələbələr artıq oxuyacaqları universitetlərin liderləri olacaqlarını və təhsilə böyük maraqlarının olduqlarını sübut etmiş olurlar.

10. Həyat təcrübəsi

Niyə xaricdə təhsil? Əksər tələbələr üçün bu müddət həmçinin ömür boyu ən çox gəzdikləri müddət olur. Tədricən, siz iş və karyera həyatına atılacaqsınız və xaricdə təhsil imkanı sizin həyatınızda bir dəfə ola biləcək bir şansdır.

Bu imkandan heç bir öhdəlik olmadan dünyanı gəzmək üçün yox ən əsası təhsil almaq və yeni mədəniyyətləri öyrənmək üçün istifadə edin. Xaricdə təhsil əvəzedilməz təcrübədir.

 

 

 

Comments

comments

Leave a reply
Niyə fransız dili?Xarici dil öyrənmək üçün 10 məsləhət

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co