Litvada təhsil

  • Litva – Avropanın ən ucuz və rəqabət qabiliyyətli, keyfiyyətli təhsil təklif edən ölkələrindən biri olmaqdan əlavə, kifayət qədər yüksək səviyyəli təhsil təklif edən inkişaf etmiş Avropa ölkələrindən biridir. Litvada ali təhsil müəssisələri Universitet və kollec olmaqla, iki qrupa ayrılır. Litva ali təhsil müəssisəsinə qəbul üçün attestat və ya ekvivalent sənəd olmalıdır. Master dərəcəsinə qəbul üçün bakalavr və ya (adətən müvafiq sahədə) digər oxşar sənəd olmalıdır. Təhsilin bütün pillələrinə qəbul Litva Respublikasının Təhsil və Elm Nazirliyi ilə razılaşdırılmış qəbul qaydalarına uyğun olaraq, adətən müsabiqə əsasında həyata keçirilir. Litvada ingilis dilində təhsil almaq üçün, IELTS 6.0 – 6.5, TOEFL 80-100 tələb olunur. Akademik il sentyabrda başlayır və iyunun ortalarında bitir. Yaz və payız olmaqla, iki semestrə bölünür. Universitet dərəcəsi Bakalavr, Magistr və Doktorantura (rezidentura) olmaqla üç dövrü əhatə edir:

    Bakalavr dərəcəsi və ali təhsil universitetlərdə, ixtisas, texniki dərəcə isə kolleclərdə alına bilər. Litva Ali təhsil müəssisələrində, təhsil haqqı universitetdən-universitetə və seçilmiş təhsil proqramından asılı olaraq dəyişir. Təhsil müəssisələri hər il təhsil haqlarının qiymətini elan edir. Təhsil haqqının orta qiyməti 2500-3000 avrodur.

    Bundan başqa Litvada tələbə yataqxanası Avropanın digər ölkələri ilə müqayisədə tələbələr üçün çox əlverişlidir.

    Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co