Çexiyada təhsil

  • Avropanın mərkəzində yerləşən Çexiya Polşa, Almaniya, Avstriya və Slovakiya ilə qonşudur. Çexiyanın paytaxt şəhəri olan Praqa hər il milyonlarla turist cəlb edir. İqtisadi baxımdan inkişaf etmiş ölkə olan Çexiya öz pivələri ilə məşhurdur.

    Çexiyada məktəbəqədər təhsil 3-6 yaş arasında uşaqlar üçün nəzərdə tutulmuşdur. Çexiyada 89% uşaq məktəbəqədər təhsil alır. 6 yaşdan etibarən şagirdlər 9 il ərzində bütün gün ərzində təhsil alır. Bu müddətdəki təhsil ibtidai və orta təhsili əhatə edir. Məzun olan şagirdlər lisey təhsilinə başlayır.

    Çexiyada dövlət Universitetlərində təhsil Çex vətəndaşları üçün pulsuzdur. Dünyanın ən qədim 3 universitetinə malik Çexiya iqtisadi baxımdan sərfəli olduğuna görə xaricdə təhsil almaq istəyən tələbələrin üstünlük verdiyi ölkələrdəndir. 

  • Bakalavr təhsili 3 il, Master təhsili isə 2 il olmaqla hər universitet qeydiyyat üçün öz daxili imtahanlarını təşkil edir. Çex universitetlərində təhsil çex və ingilis dillərində aparılır.

    TOEFL və IELTS nəticələri olmayan tələbələr üçün 1 illik hazırlıq kursları təşkil olunur ki, hazırlıq müddətində ingiliscə və çex dili dərsləri ilə yanaşı universitetə qəbul imtahanına da hazırlıq kursları təşkil olunur.

    Çexiyada təhsilin əsas hissələrindən biri tibbi sığoradır. Tələbələrin tibbi sığortası onların xəstəxana və müayinə xərcləri ilə yanaşı dərman xərclərini qarşılamalıdır.

    Çex universitetlərində təhsil alan xarici tələbələrin çoxu tələbə yataqxanalarında qalır. Tələbə yataqxanaları Universitet kampusunda yerləşir və tək, 2, 3 və ya daha çox otaq seçimləri təqdim edir. Tələbə yataqxanalarında yemək xidməti də göstərilməklə yanaşı tələbələrin özləri üçün mətbəxlər də mövcud olur.

    Çexiyada ev/yataqxana xərcləri daxil bir aylıq yaşayış pulu 300-350 avro arasında dəyişir. İqtisadi baxımdan sərfəli olması və keyfiyyətli təhsilinə görə xarici tələbələrin üstünlük verdiyi Çexiyada təhsil almaq, digər xarici ölkələrdə təhsil almaqdan daha ucuz başa gəlir.

     

    Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co