Xaricdə təhsil

  • Edu Union xaricdə təhsil mütəxəssisləri ilə xaricdə təhsil arzularınızı cəmi 4 mərhələdə tamamlayın!

    • 1. Konsultasiya

      Bu mərhələdə siz mütəxəssislərimizdən sizin Azərbaycandakı təhsiliniz, təhsil qiymətləriniz, dil sertifikatınız (TOEFL/IELTS/TCF/DELF/DALF), təhsil almaq istədiyiniz ölkə, ixtisas, təhsil büdcəniz və s. amillər nəzərə alınmaqla sizə ən uyğun universitet və ixtisaslar təqdim olunur. Konsultasiya mərhələsi il boyu davam edir və sənədləşmə mərhələsinə gecikməmək üçün məsləhət olunur ki, fevral-mart aylarında Edu Union mütəxəssisləri ilə birlikdə artıq universitet seçimini etmiş olasınız. Həmçinin bu mərhələdə dili sertifikatı olmayan tələbələr üçün Edu Union Tədris Mərkəzində qeyd olunan dil sertifikatlarına hazırlıq kursları təklif olunur ki, daha sonra Edu Union tələbələri üçün Xaricdə təhsil xidmətində xüsusi güzəştlər nəzərdə tutulmuşdur.

    • 2. Sənədləşmə

      Bu mərhələdə artıq yekun qərarını vermiş tələbə ilə Xaricdə təhsil müqaviləsi imzalanır və tələbə ilə birlikdə seçdiyimiz universitet və ixtisaslara tələb olunan sənədlər göndərilir. Universitet qəbulu üçün lazım olan sənədlər tələbə tərəfindən təmin olunur. Orta məktəb şəhadətnaməsi, universitet diplomu, dil sertifikatı və pasport bunlardan ən vacibləridir. Bu mərhələ tələbə üçün lazım olan motivasiya və tövsiyyə məktublarının hazırlanması ilə yanaşı, universitet tərəfindən tələb olunan sənədlərin lazımi qaydada tərcümə olunması, universitetlərin qəbul vaxtlarının izlənməsi və sənədlərin vaxtında və müvafiq qaydada göndərilməsini nəzərdə tutur.

    • 3. Qəbul

      Bu, tələbələrin ən səbrli olmalı olduğu mərhələdir. Belə ki, bu mərhələdə sənədlər göndərilən universitetlərdən qəbul cavabları gəlir. Qəbul cavablarının gəlmə tarixi ölkədən asılı olaraq dəyişir və adətən may ayından-avqust ayına qədər çəkə bilir.

    • 4. Viza

      Viza mərhələsində olan tələbənin artıq bir və ya bir neçə universitetdən qəbul cavabı gəlmiş və tələbənin gedəcəyi ölkənin səfirliyinin viza şərtlərinə uyğun olaraq tələbə vizasına müraciət olunur. Tələbə vizasının alınmasında Edu Union mütəxəssis heyəti səfirlik tərəfindən tələb olunan sənədlərin düzgün formada toplanması və tələbə tərəfindən səfirliyə təqdim olunmasında dəstək olur. Belə ki, viza üçün əsasən 3 şərt tələb olunur:
      Təhsil müəssisəsindən qəbul sənədinin olması;
      Bank hesabınızda səfirlik tərəfindən tələb olunan müvafiq məbləğ (Ölkədən/səfirlikdən asılı olaraq bu məbləğ dəyişir)
      Gedəcəyiniz şəhərdə ev/yataqxana rezervasiyanızın olması (bu, xarici tələbələrin ən çox çətinlik çəkdiyi hissədir.)
      Sonda, gedəcəyi ölkənin tələbə vizasını almış tələbələrimiz artıq artıq yola düşməyə hazırdırlar.
      Edu Union üstünlüklərindən biri də, Avropanın müxtəlif şəhərlərindəki azərbaycanlı tələbələrimizlə sıx əlaqələrimizin olmasıdır ki, bu da göndərdiyimiz tələbələrin ilk vaxtlarda yerləşdirilməsi və müəyyən köməkliyin göstərilməsində mühüm rol oynayır.
      Edu Union xaricdə təhsil xidmətlərindən siz də istifadə etmək istəyirsinizsə istəyinizi və profilinizi qeyd etməklə bizə müraciət edin.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co