Maltada ingilis dili

  • Malta, Qozo və Komino adlanan 3 böyük və 2  kiçik adalardan ibarətdir. 164 il ərzində Britaniya İmperiyasının tərkibində olan Maltada ingilis dili bugün ölkədə danışılan 2 rəsmi dildən biridir. Möhtəşəm iqlimi olan Maltada İngilis dilini əylənərək öyrənməklə səyahətinizi həm də tətilə çevirin.

    Siciliyanın təxminən 100 km cənubunda yerləşən Malta ada-dövləti Aralıq dənizinin isti atmosferi və mülayim iqlimi ilə İngilis dili öyrənmək və ya dilinizi inkişaf etdirmək üçün ən təsirli və həyəcanverici ölkələrdən biridir. Aralıq dənizindəki mövqeyinə görə Malta gözəl çimərliklər, möcüzəli təbiət, Aralıq dənizi iqlimi, tətili və təhsili bir yerdə təqdim edir. Belə ki, əla qumluqları və prestijli ingilis dili məktəbləri ilə Maltada İngilis dili kursları sayəsində müasir dünyanın tələbatı halına gələn ” ingilis dili öyrənmək” stress dolu bir müddət əvəzinə, həyəcan dolu bir macəra halına gələcək

  • Dil məktəbimizdə alacağınız keyfiyyətli ingilis dili təhsili ilə  yanaşı, isti Malta mədəniyyətini və ölkənin adət-ənənələrini öyrənəcəksiniz. Maltada ingiliscə dil təhsiliniz müddətində ətraf qəsəbə və adalara təşkil edilən gəzintilərə qoşulma fürsətlərindən də faydalanın.

    Yay aylarında, eləcə də ilboyu həm istirahət etmək, həm də xaricdə ingilis dilini öyrənmək istəyən şəxslər üçün tək ünvandır. Maltanı ən böyük üstünlüklərindən biri də dil məktəblərində olan daha sərfəli qiymətlərdir. Kurs qiymətləri İngiltərə, Amerika və s. yerlərə görə olduqca uyğundur və demək olar ki, eyni keyfiyyətdə təhsili burada da ala bilərsiniz.

    Ölkə əhalisinin əksəriyyəti ingiliscə danışır və buradakı məktəblərin böyük əksəriyyətinə “British Council” tərəfindən sistematik bir şəkildə nəzarət edilir.

    MALTA-da ingilis dilinin üstünlükləri:

    ─ Şengen vizası ilə bütün Şengen ölkələrini gəzmək imkanı;

    ─ Həm təhsil, həmdə yaşam xərcləri baxımından sərfəli şərtlər;

    ─ Həm öyrənmək, həm də səyahət imkanı;.

    ─ Büdcəyə və istəyə uyğun məktəb tapmaq imkanı;

    Qeyd: Maltada 2 həftədən 6 ayadək olan kurslar haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə  müraciət edə bilərsiniz.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co