İsveçrədə fransız dili

  • Alp dağlarının ətəyində yerləşən fransızdilli ölkə olan İsveçrə həm təhsil, həm də həyat səviyyəsinə görə dünyada ən keyfiyyətlilərdən hesab olunur. İstər gələcəkdə təhsilini İsveçrədə və digər fransızdilli ölkələrdə davam etdirmək istəyənlər, istərsə də iş həyatı və şəxsi məqsədlər üçün fransız dilini öyrənmək istəyənlər üçün İsveçrə ən ideal seçimdir. İsveçrənin Cenevrə, Bern, Lozanna və digər şəhərlərində təşkil olunan fransız dili kursları sizin üçün həm təhsil, həm də həyat təcrübəsi olacaqdır.

    Avropanın mərkəzində yerləşən İsveçrə Paris, London, Roma və Madriddən bir saatlıq məsafədədir. İsveçrə təkcə füsunkar mənzərə yox, həmçinin çoxdilli əhalinin mədəni irsini daşıyır.

    Təbii resurslarının olmaması səbəbindən Ali təhsil İsveçrənin əsas mənbəyinə çevrilmişdir. İsveçrə turizm, otelçilik ixtisasları üzrə təhsil verən dünyaca məşhur universitetlərə malikdir.

    Fransada fransız dili kursları barədə ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co