Fransada fransız dili

  • Fransanın Paris, Toulouse, Bordeaux (Bordo), Lyon, Strasbourg və digər şəhərlərində universitet daxilində fransız dili öyrənmək imkanı vardır. Bir çox universitetlər tərkibindəki dillər fakültəsində xarici tələbələr üçün fransız dili proqramı təklif edir. Proqramlar bir və ya iki smesterlik olmaqla, fransız dilinin tez və effektiv öyrənilməsi üçün ən son pedoqoji metodları özündə birləşdirir.  Bu proqramı bitirən şəxslər universitet diplomu ilə təltif olunur. Bu, fransız dilini zəif bilən, lakin Fransada ali təhsil almaq istəyən tələbələr üçün çox peşəkar hazırlıq dövrü kimi qiymətləndirilir. Proqram çərçivəsində TCF imtahanı vermək imkanı da vardır. Bu proqrama müraciətlər universitetdən asılı olaraq ilin yanvar ayından etibarən qəbul edilir. Əgər siz vaxt itirmədən, Fransada təhsil almaq, ixtisasınızı dəyişdirmək istəyirsinizsə, bu proqram məhz sizin üçündür!

  • Kimlər müraciət edə bilər:

    -Orta təhsili bitirmə haqqında şəhadətnaməsi olan;

    -Fransız dilində ən azı A1 səviyyəsində olan;

    -Üstünlük verilən yaş məhdudiyyəti maksimum 28 yaş.

    İlboyu fransız dili kurslarında iştirak etmək üçün isə Fransada xaricilər üçün dil kursları da fəaliyyət göstərməkdədir. Francebook-un əməkdaşlıq etdiyi bir çox kurslarda tələbələr fransız dilini Fransada öyrənə, əyləncəli vaxt keçirə bilərlər. Bu tip kurslara müraciət başlama tarixindən asılı olmayaraq 3 ay əvvəlcədən qəbul edilir. Bu kurslar yay tətili zamanı xüsusi cəlbedici layihələrlə çıxış edirlər. İlboyu fransız dili öyrənmək istəyənlər Fransanın istənilən şəhərində bunu reallaşdıra bilərlər. Bunu etmək üçün Francebook-a müraciət etməklə başlaya bilərsiniz.

    Kimlər müraciət edə bilər:

    -Orta təhsili bitirmə haqqında şəhadətnaməsi olan;

    -Fransız dilində istənilən səviyyədə olan;

    -Yaş məhdudiyyəti yoxdur.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co