Belçikada fransız dili

  • Belçika Avropanın yaşayış standartları yüksək olan ölkələrindən biridir. Bəzi sahələrdə Belçika xeyli inkişaf etmişdir, məsələn ABŞ-ın Houston şəhərindən sonar Dünyanın ən böyük kimya sənayesi Belçikadadır. Fransız dili ölkə olması bu dili öyrənmək istəyən xarici tələbələr üçün ən cəlbedici ölkələrdən biridir. Belçika eyni zamanda Avropa İnstitutlarının yerləşdiyi mərkəzdir.

    Belçika AB üzvü olan ölkə olduğu üçün tibbi sığorta və iş şərtləri digər Avropa ölkələri ilə eynidir. Tələbələr Belçikaya gəlməzdən öncə tibbi sığortaya malik olmalıdır. Belçikada hər bir tələbənin həftədə 20 saat işləmək hüququ vardır.

    Özünüzə və standartlarınıza uyğun bir yaşayış yeri seçməyiniz sizin üçün vacib amillərdən biridir. Yaşayış yerləri üçün seçimlər arasında tələbə yataqxanaları, ailədə qalma, tələbələrlə birlikdə və ya ayrı ev kirayəsi seçimləri mövcuddur.

  • Edu Union sizə il ərzində dil proqramları təqdim etməkdədir. Dil kursları 1-3 aylıq qısamüddətli, eləcə də 1 və ya 2 semestrlik olmaqla uzunmüddətli kursları əhatə edir. Qısamüddətli kurslar sayəsində həm fransız dilinizi inkişaf etdirəcək, həm də Belçika mədəniyyəti ilə yaxından tanış olacaqsınız. Uzunmüddətli kurslar isə xüsusilə növbəti təhsil ilini Belçikada davam etdirmək istəyənlər üçün ideal seçimdir.

    Belçikada il ərzində davam edən fransız dili kursları haqqında ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co