Ümumi ingilis dili

  • Niyə Edu Union ümumi ingilis dili kursları?

    İş, təhsil, səyahət və ya sadəcə əcnəbi dostlarınızla ünsiyyət üçün ingilis dilində öyrənmək və ya ingiliscənizi inkişaf etdirmək istəyirsiniz? Edu Union ingilis dili kursları sizə ingilis dilini ən üst səviyyədə öyrənməyə imkan verəcək. Dərslər xarici dilin bütün hissələrinə toxunur: oxumaq, yazmaq, qulaq asma və danışıq. Eyni zamanda, qrammatika və lüğət bazanızı da zənginləşdirməklə yanaşı, rəsmi və qeyri rəsmi müzakirələrdə, intervyularda necə danışmalı olduğunuzu öyrənəciksiniz.

    Siz həmçinin qrafikinizə uyğun olaraq daha intensiv qruplara qoşula bilərsiniz. Bu kurslar əlavə bacarıqlar verəcək və sizi Biznes ingilis dili üçün, eyni zamanda TOEFL/IELTS qruplarına qoşulmaq üçün hazırlayacaq.

    Kursun müddəti hər səviyyə üçün 1-3 ay nəzərdə tutulmuşdur. Lakin intensiv qruplarda bu müddət daha qısa olur.

    Səviyyə Müəyyənləşdirmə İmtahanı

    Qeydiyyatdan keçmək üçün siz ilk növbədə səviyyə müəyyənləşdirmə imtahanı verirsiniz. Bu imtahanın nəticəsinə uyğun olaraq tələbələr müəyyən qruplara yerləşdirilir.

    Səviyyə imtahanları

    Ölçmə və dəyərləndirmə, təhsil müddəti üçün əvəzolunmaz bir amildir. Vaxtında imtahan edilməyən və dəyərləndirilməyən bilik öz mənasını itirir. Kurslar üçün hər səviyyə müddətinin sonunda tələbələrin bilik səviyyələrini yoxlamaq üçün və əgər əksikləri varsa onları təsbit etmək üçün müvafiq imtahan keçirilir. Tələbələrin bir üst səviyyəyə keçməsi üçün bu imtahanlarda iştirak etmələri məcburidir.

    EDU UNION aşağıdakı ingilis dili səviyyələri üzrə tələbə qəbulunu davam edir

    A1, Level 1, Beginner( Başlanğıc): Tələbələr sadə mövzular üzərində söhbət edə bilər. Sadə cümlələr qurub onları yazıb və oxuya bilər.

    A2, Level 2, Elementary (Təməl):  İngilis dilini çox az istifadə edilə bilən tələbələrimiz üçün təşkil olunan bu kurslarımızı tamamlayanlar sadə mövzular üzərində, ana dili ingilis-dili olan xaricilərlə söhbətləşib, müzakirələr edə bilər, sadə cümlələr ilə yazılar yaza bilib və sadə başlıqlı mövzuları oxuyub başa düşə bilər.

    B1, Level 3, Pre-Intermediate (Ön – orta) : Tələbələr gündəlik mövzular üzərində xarici vətəndaşlarla asanlıqla əlaqə qurub, mürəkkəb cümlələr qurub, bir qədər böyük mətnləri rahatlıqla oxuyub başa düşə bilərlər.

    B2, Level 4, Intermediate (Orta) : İngilis dilini müəyyən sərhəddə sərbəst və məntiqli danışa bilən tələbələrimiz üçün təşkil olunan bu kursda təhsilini tamamlayan tələbələr müxtəlif mövzular üzərində ana dili ingilis dili olan xaricilərlə uzun söhbətlər edib, oxuduğunu çox rahat anlaya bilən ingilis dili səviyyəsinə malik olurlar.

    C1, Level 5, Upper Intermediate (Üst – orta) : Tələbələr bir çox fərqli mövzular üzərində uzun söhbətlər edib, mürəkkəb cümlələr qurub, ingilis dilli kitabları rahat oxuya başa düşə bilirlər.

    C2, Level 6, Advanced (İrəli) : İngilis dilini əla səviyyədə oxuyan, yazabilən və danışan tələbələrimiz üçün təşkil olunan bu kursda təhsilini bitirənlər, ana dili İngilis dili olanlarla hər mövzuda danışıb müzakirə edə biləcək, və kommunikasiya qurmaqda heç bir çətinlik çəkməyəcək səviyyədə ingilis dili biliklərinə sahib olurlar, Toefl İelts kimi imtahanlarda yüksək nəticəni hədəfləyirlər.

    Üstünlüklərimiz:

    •Dil baryerini daha tez aradan qaldırmaq üçün yalnız ingiliscə ünsiyyət;

    •Hər səviyyənin sonunda aparılan proqres testləri;

    •Tədris mərkəzi tərəfindən pulsuz olaraq ingilis dili biliyinizin yoxlanılması;

    •Tələbələrin müvafiq olaraq dil səviyyələrinə görə qruplaşdırılması;

    •İlk dərsdən sonra qane olmadığınız halda ödədiyiniz məbləği geri tələb etmək imkanı;

    •Original sənədlərdən istifadə;

    •Əlavə sənədlərin böyük həcmi: audio, video, internet mənbələri;

    •Hər ayın sonunda müxtəlif test sınaq imtahanları, il ərzində TCF sınaq imtahanları;

    •Təcrübəli müəllimlər tərəfindən keçirilən dərslər;

    •Həftə sonları tədris mərkəzinin tələbələri üçün pulsuz danışıq klubları;

    •Ay ərzində müxtəlif maraqlı dərnəklər: original dildə filmlər, musiqi və mədəniyyət günləri və s.;

    •Tədris mərkəzinin tələbələrinə “Xaricdə” xidmət lərində güzəştlər və endirimlər.

    Qeydiyyatdan keçmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co