Niyə fransız dili?

October 03, 2014

Niyə fransız dili?

1. Bütün dünyada danışılan dil

Dünyada 5 qitədə, 70-dən çox ölkədə 200 milyondan çox insan fransız dilində danışır. Fransız dili ingilis dilindən sonra ən çox danışılan dildir və dünyada ən çox danışılan 9-cu dildir. Həmçinin dünyada ingilis dili ilə yanaşı öyrənilən yeganə dildir. Fransanın xaricdə yerlşən tədris və mədəniyyət mərkəzlərində 750 mindən çox insan bu dili öyrənir.

Siz eyni zamanda Edu Union tədris mərkəzində Fransada fransız dilinin pedaqogikası üzrə təhsil almış müəllim heyəti tərəfindən keçirilən fransız dili dərslərində iştirak edə bilrsiniz.

2. İş tapmaq üçün dil

İş bazarında öz şanslarınızı artırmaq üçün ingilis və fransız dillərində danışmaq bir üstünlükdür. Fransız dili biliyi həm Fransadakı, həm də fransızdilli ölkələrdə (Kanada, İsveçrə, Belçika və Afrika qitəsi) yerləşən fransız şirkətlərində iş tapmaq üçün qapıları sizin üzünüzə açacaq. Fransa iqtisadi baxımnan dünyanın 5-ci güclü ölkəsi və xarici investorların cəlb edilməsi üzrə 3-cü ən böyük olaraq qalmaqdadır.

3. Mədəniyyətin dili

Fransız dili mətbəx, moda, teatr, incəsənət, rəqs və arxitekturanın beynəlxalq dilidir. Fransız dilində danışmaq Fransa və fransızdilli ədəbiyyatın dahilərini original mətnlərdən oxumaq, eləcə də film və mahnıları başa düşmək imkanı verir. Fransız dili Viktor Hüqo, Molyer, Edit Piaf, Jan Pol Sartr, Alen Delon və yaxud Zinəddin Zidanının dilidir.

4. Səyahət üçün dil

Fransa ildə 70 milyon turist qəbul edərək dünyada ən çox ziyarət olunan ölkədir. Fransız dilində danışaraq Paris və Fransa regionlarını (Azur sahillərindən Alp zirvələrinə və Bretayn təbiətinə qədər) səhayət etmək, həmçinin fransız mədəniyyətini, mentalitetini və incəsənətini başa düşmək incə zövq tələb edir. Fransız dili həmçinin Afrika, İsveçrə, Belçika, Kanada, Monako, Seyşel adalarını səfər edərkən də çox faydalıdır.

5. Fransız universitetlərində təhsil almaq üçün dil

Fransız dilində həmçinin prestijli Fransa universitetlərində pulsuz təhsil almağa, həmçinin Avropa və dünyada ən yaxşılardan olan Fransa Biznes Məktəblərində təhsil almağa imkan verir. Fransız dilli tələbələr bütün sahələr üzrə Fransada təhsil üçün Fransa hökümətinin təqaüdünü qazanmaq və beynəlxalq səviyyədə tanınan Fransa universitetlərinin diplomlarını qazanmaq imkanı əldə edirlər.

Edu Union xaricdə təhsil mütəxəssisləri sizə Fransada təhsil yolunda xidmət göstərməyə hazırdır.

6. Diplomatiyanın dili

Fransız dili BMT-nin, Avropa Birliyinin, UNESCO-nun, NATO-nun, Beynəlxalq Olimpiya Komitəsinin, Qırmızı xaçın və bir çox beynəlxalq məhkəmələrin rəsmi dilidir. Fransız dili Avropa təşkilatları yerləşən üç şəhərin rəsmi dilidir : Strasburq, Brüssel və Lüksemburq.

7. Dünyanı kəşf etmək üçün dil

İngilis, alman dillərindən sonra fransız dili internetdə ən çox istifadə olunan dildir. Fransız dilində danışmaq

Après l’anglais et l’allemand, le français est la troisième langue sur Internet devant l’espagnol. Comprendre le français permet de poser un autre regard sur le monde en communiquant avec les francophones sur tous les continents et en s’informant grâce aux grands médias internationaux en langue française (TV5, France 24, Radio France Internationale).

8. Öyrənmək üçün xoşagələn dil

Fransız dilini öyrənmək asandır. Uşaqlar və böyüklər üçün fransız dilinin öyrənilməsinin müxtəlif metodları mövcuddur. Qısa müddət ərzində fransız dilini müəyyən səviyyəyə çatdırmaq mümkündür.

Edu Union-un Fransada təhsil almış müəllim heyəti sayəsində siz fransız dilini qısa müddət ərzində yüksək səviyyəyə çatdıra biləcəksiniz.

9. Başqa dilləri öyrənmək üçün dil

Fransız dilini öyrənmək həmçinin digər latın dillərini (ispan, italyan, portuqal və ya rumın) öyrənməyə kömək edir, həmçinin ingilis dilinin öyrənilməsi üçün, belə ki, hazırki ingilis dili lüğətinin 50 %-ni fransız dili sözləri təşkil edir.

10. Sevgi dili

Fransız dili öyrənmək hər şeydən öncə gözəl zəngin və melodiya dolu sevgi dilini öyrənmək deməkdir. Fransız dili həmçinin fikri strukturlaşdırmaq üçün analitik düşüncə dilidir, tarixən müzakirələr və danışıqlar zamanı tez-tez istifadə olunur.

 

Comments

comments

Leave a reply
Xaricdə təhsilin 10 faydası
All comments (2)

Leave Your Reply

Your email address will not be published. Required fields are marked *

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co