Macarıstanda təhsil

  • Əsrlər boyu ali təhsil tarixinə görə Avropada ən yaxşılardan sayılan və hər il artmaqda olan ingiliscə təhsil proqramları və beynəlxalq prestij və keyfiyyətə malik universitetləri ilə Macarısan xarici, eləcə də azərbaycanlı tələbələrin ən çox üstünlük verdiyi ölkələrdən biridir.

    Qədim tarixə malik prestijli universitetlərdə ingilisdə təhsil

    Macarıstanda ali təhsil alacağınız universitetlərin çoxu tarixi dövlət universitetləridir. Peç Universieti, Debrecen Universiteti, Budapeşt Universiteti, Corvinus Universiteti, Eötvös Lorand Universiteti kimi dünyaca tanınmış, Macarıstanın ən yaxşılarından olan bu universitetlərdə digər beynəlxalq tələbələrlə birlikdə ingiliscə ali təhsil almaq imkanınız var.

     

  • Sərfəli ali təhsil imkanı

    Macarıstanda ingiliscə ali təhsil iqtisadi baxımdan çox sərfəlidir. Dünyaca tanınmış bu universitetlərdə illik təhsil haqqı 1500-5000 avro arasında dəyişir. Macarıstanda yaşayış xərcləri də digər ölkələrlə müqayisədə çox sərfəlidir. Bu baxımdan Macarıstan Avropada ingiliscə ali təhsil imkanları arasında ən ideal seçimlərdən biridir.

    Macarıstan bir çox iri şirkətlərinin Avropadakı mərkəzidir

    2004-cü ildə Avropa Birliyinə girdikdən sonra Avropanın ən cəlbedici investisiya mərkəzlərindən biri olan Macarıstan dünyanın bir çox markasının mərkəzi ofisləri yerləşən ölkəyə çevrilmişdir. General Motors, Ford Motor, Volkswagen, Siemens, Intel, IBM, Toyota, Sony, Daimler-Benz, Hewlett-Packard, Ericsson Telefon, Honda Motor, Pfizer, Microsoft, Boeing, Novartis, Robert Bosch kimi bir çox dünyaca məşhur şirkətin Avropa mərkəzləri məhz Macarıstanda yerləşir. Bu xüsusiyyəti Macarıstanı həmçinin unviersitet tələbələri üçün bir diqqət mərkəzinə çevirmişdir. Maracıstanda bir çox universitet bu böyük qlobal şəbəkə ilə birlikdə təhsil verirlər ki, tələbələr həmin şirkətlərdə praktika keçmək imkanı da olur.

    Macarıstanda Master təhsilindən sonra 2 il yaşamaq və işləmək icazəsi

    Macarıstanda Master təhsilinizdən sonra 2 il müddətində tam ştat və Master oxuduğunuz sahədə işləmək, təcrübə toplamaq, eyni zamanda maddi vəziyyətinizi yaxşılaşdırmaq imkanınız olacaq. Bu iş imkanları gələcəkdə sizə Avropada başqa fərqli karyera imkanları da aça bilər. Macarıstanda ali təhsil sizə və gələcək planlarınıza böyük təkan olacaq.

    Mədəni inkişaf və tələbə həyatı

    Macarıstanda ali təhsil dünyanın müxtəlix ölkələrindən olan tələbələrlə birlikdə beynəlxalq mühitdə təhsil ilə yanaşı, Şengen vizası ilə Avropa birliyində səyahət imkanı verəcək. Bu sizə yalnız Macarıstanla məhdudlaşmaq yox, istədiyiniz vaxt digər Avropa ölkələrini tanımaq imkanı da verəcək. Maracıtsan Mərkəzi Avropada yerləşməklə Avropanın hər yerinə sərbəst gediş-gəliş imkanı verir. Yüksək keyfiyyətli təhsil ilə yanaşı dünya görüşünüzü artıracaq ki, bu da gələcəkdə Avropada iş imkanlarını dəyərləndirmək ikkanı verəcək.

    Müraciət və qəbul prosedurasını EDU UNION ilə rahatca tamamlayacaqsınız

    Edu Union ilə Maracıstannın ən prestijli universitetlərinə müraciətinizi asanlaşdıracaqsınız. Edu Union xaricdə təhsil mütəxəssisləri sizin profilinizə ən uyğun ali təhsil proqramlarını seçməkdə, müraciət və qəbul müddətlərinizi A-dan Z-yə izləyərək asanlaşdırmaqdadır. Edu Union ilə Macarıstanda təhsil məqsədinizi zəmanət altına almış olacaqsınız.

    İngiliscəniz kifayət etmirsə EDU UNION sizə kömək edər

    Macaristanda master Macarıstanda Master təhsiliniz üçün ingiliscənizin yetərli olmadığını düşünürsünüzə narahat olmayın. Edu Union həm Bakıda yerləşən tədris mərkəzində təcrübəli müəllimlərimiz tərəfindən ümumi ingilis dili və IELTS kursları təklif edir və daha sonra tələbənin istəyindən asılı olaraq İngiltərə, ABŞ, Malta kimi ingilisdilli ölkələrdə 1-6 aylıq ingilis dil kursları təşkil edir. Bu da sizə həm sizə ömür boyu lazım olacaq ingilis dili bacarıqları qazandıracaq, eyni zamanda Macarıstandakı universitetiniz və Master proqramınız üçün qəbulunuz qarantiyalanmış olacaq.

    Müraciət və qəbul şərtləri

    Macarıstanda master təhsili üçün müraciətin əsas şərti bakalavr təhsilinizin olmasıdır. Universiteti bitirmə haqqında arayış (əgər varsa Diplom) və bakalavr qiymətləri kifayət edir. Əgər ingilis dilindən TOEFL/IELTS nəticəniz yoxdursa 1 illik hazırlıq proqramına qəbul ola bilərsiniz.

    Daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlayın.

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co