Britaniyada ingilis dili

  • Böyük Britaniya ingilis dili öyrənmək üçün ən başlıca ölkələrdən biridir. Hər il dünyanın müxtəlif ölkələrindən minlərlə tələbə ingilis dili dərsləri üçün Böyük Britaniyaya gəlir və bu say getdikcə artmaqdadır. Qeyd etmək lazımdır ki, B.Britaniya dünyada ən çox dil məktəbinin olduğu ölkədir. Bu səbəbdən xaricdə dil təhsili düşünən tələbələr həm keyfiyyət və həm də qiymət baxımından İngiltərədə fərqli bir çox alternativ tapa bilərlər. Burada British Council tərəfindən təsdiqlənmiş təxminən 10,000 dil məktəbi vardır. London, Oxfor, Bournemouth, Liverpool, Manchester, Brighton kimi şəhərlərdə yerləşən keyfiyyətli dil mərkəzləri eyni zamanda mədəni və sosial şərtləri ilə tələbələrə dəstək olmaqdadır. Tələbələrin viza ala bilmələri üçün məktəblərin British Council tərəfindən təsdiq olunması vacibdir. Bundan əlavə bu məktəblərin bir qismi English UK, Quality English, IALC, The English Network tərəfindən də akkreditə edilmişdir.Təmiz Britaniya danışığını öyrənmək istəyən tələbələr üçün yeganə istiqamət sayıla bilər

  • Buradakı dil məktəblərinin bir qismi şəbəkə məktəblər olub, bütün dünyada tələbələrə xidmət verməkdədirlər. Fərqli ölkələrdə fəaliyyət göstərmələri təhsil keyfiyyətlərini artırmış və daha professional rəhbərlik və təhsil anlayışına sahib olmalarına köməkçi olmuşdur. Digər dil məktəbi alternativi də butik bir quruluşa sahib olan məktəblərdir. İsti bir mühitdə təhsil almaq istəyən tələbələr bu məktəbləri seçə bilərlər. Bir başqa alternativ isə kollec və universitet daxilində fəaliyyət göstərən dil məktəbləridir. Bunlar say etibarı ilə daha az olan məktəblərdir. Düşərgə mühitində təhsil almaq istəyən tələbələr bu məktəbləri seçə bilərlər. B.Britaniyadakı dil məktəblərində Ümumi İngilis dili kurslarına hər həftə başlamaq mümkündür. Kollec və universitet daxilində fəaliyyət göstərən bəzi dil məktəblərində isə müəyyən başlanğıc tarixləri var və tələbələr yalnız bu dövrlər üçün müraciət  edə bilərlər.

    Böyük Britaniyada dil kurslarının üstünlükləri

    Böyük Britaniyanın hansı şəhərində təhsil sizə həmçinin bu ölkəni kəşf etmək imkanı verir. Belə ki, dil kursunda olduğunuz müddət ərzində İngiltərə, Şotlandiya, Şimali İrlandiya və Uelsin müxtəlif şəhərlərini  gəzmək imkanı qazanacaqsınız. Belə siz eyni zamanda ingilis mədəniyyətini yaşayacaqsınız.

    Böyük Britaniyada dil kursuna gedərkən siz həm tələbə yataqxanalarında, həm ailədə, həm də fərdi və ya digər beynəlxalq tələbələrlə birlikdə evdə qala bilərsiniz.

    Böyük Britaniyaya getməzdən öncə tibbi sığortaya ehtiyac var, lakin ABŞ-da olduğu kimi bu məcburi xarakter daşımır. Dil kursuna gedən tələbələr Universitetdə təhsil alan tələbələrdən fərqli olaraq işləmək hüququna malik deyil. Lakin tələbələr 24 həftə və daha artıq davam edən proqramlara qatıldıqları zaman iş icazəsi qazanırlar. Bu haqq tələbələrə yarım ştat çalışaraq həm təcrübə qazanmaq imkanı təqdim edir, həm də cib xərclərini qazanma şansı verir. Dil məktəblərində iştirak etmək  istəyən tələbələr ən azı həftəlik 15 saatlıq proqrama qatılmalarıdırlar

    Qısacası, B.Britaniya digər ölkələrlə müqayisədə pul vahidinin yüksək olması səbəbi ilə bahalı ölkə olmasına baxmayaraq, dil təhsili almaq istəyən bir çox tələbə tərəfindən daha çox seçilən bir ölkəyə çevrilmişdir.

    İngiltərədə dil təhsili almaq istəyən tələbələr 2 həftədən başlayaraq 1 ilə qədər davam edən dil məktəblərində iştirak edə bilərlər. Ətraflı məlumat üçün bizimlə əlaqə saxlayın.

     

Powered by moviekillers.com themekiller.com watchanimeonline.co